mozaMap
İnteraktiv xəritəçəkmə proqramı olan mozaMap atlaslarının rəqəmsal xəritələri coğrafiya və tarix müəllimləri üçün üçün alətlər çeşidini zənginləşdirir. Müxtəlif növ xəritələri və onların vizual elementlərini sərbəst və fərdi şəkildə şəxsiləşdirmək olar və bu da planlamanı və dərslərin keçirilməsini asanlaşdırır.İnteraktiv xəritəçəkmə proqramı olan mozaMap atlaslarının rəqəmsal xəritələrini mozaBook proqram təminatında və mozaWeb-də açmaq olar.
Atlaslar, xərtiələr
Niyə görə mozaMap-ı seçməliyəm?
Bir neçə yüksək keyfiyyətli rəqəmsal xəritə bir çox çap olunmuş divar xəritələrini əvəzləyə bilər. mozaMap-ın rəqəmsal xəritələri o qədər də yer tutmur, onları istənilən yerdə, istənilən vaxt istifadə etmək olar və onlar məhdudiyyətsiz sayda mövcuddur. Proqramımızın köməyi ilə hətta yüksək detallı xəritələri asanlıqla oxumaq olar.
Xəritələr istifadəçi tərəfindən asanlıqla yandırıla və ya söndürülə, eləcə də sayrışma rejimində ayarlana bilər laylardan qurulur. Bu şəkildə müıəllim vacib detalları vurğulamaqla və şagridlərə dərsin mövsuzuna fokuslanmağa kömək etməklə xəritəni asanlıqla dərsin mövzusuna uyğunlaşdıra bilər.və bununla da diqqət yayılmasına yol verməyərək dərsin effektivliyini artıra bilər.
mozaMap-a illüstrasiya və animasiya üçün bir çox seçimlər daxildir və onlar da xəritələrin sinif otağında istifadəsinə yeni bir ölçü əlavə edirlər. Proqramdakı çevik və asanlıqıa yaradılan tapşırıqlar vasitəsilə şagirdin dərsdə iştirakını artırmaq olar.
Xəritələr vektor əsaslı qrafik fayllardır, odur ki, istənilən seqmenti keyfiyyətdə itkiyə yol verməyərək istənilən dərəcəyə qədər böyütmək olar. Dinamik şkala real vaxt rejimində cari miqyasa uyğunlaşır.
Rəqəmsal xəritələr sadəcə bir neçə kliklə bir neçə dildə əks olunur. Başqa bir dilə keçid etdikdə, seçilmiş dildə təkcə üst yazılar yox, bütöv istifadəçi interfeysi (menyu siitemi, layların adları, şərti işarələr və sairə) əks olunur.
Laylar, şəxsiləşdirmiş baxışlar
Xəritələrdə olan bütün mətni axtarış etmək olar və xəritə laylarını bir-bir yandırıb və söndürmək olar. Müəllimlər fənlərinə ən uyğun gələn xəritə baxışları yaradaraq xəritələri fərdiləşdirə və bununla da dərsin effektivliyini artıra bilərlər.
Sizin təyin etdiyiniz xəritə növünü adlandırmaq və yaddaşa vermək olar. Bu təyin olunmuş miqyasdan, rəsmlərdən, hətta hansı layların göründüyündən tutmuş hər şeyi yaddaşa verir. Yaddaşa verilmiş növü mozaBook-a yerləşdirmək olar və oradan bir kliklə onu dərsdə açmaq olar.
Atlaslar, xərtiələrİllüstrasiya imkanları
mozaMap-da müəllimlər tərəfindən yaradılan ayrı xəritə laylarına əllə çəkilən rəsmləri, təsvirləri, işarə və annotasiyalı köpükləri yerləşdirmək olar. Daxili rəsm aləti coğrafi və tarixi işarələrin böyük toplusu daxil olmaqla illüstrasiya üçün geniş imkanlar təklif edir.
mozaMap-da yaradılmış rəsmləri və digər illüstrasiyaları asanlıqla yaddaşa vermək və köçürmək olar və onların ölçüsü xəritə miqyasına uyğundur. Yuxarıda qeyd olunmuş tərkib ilə yaradılmış xəritə əsasında təqdimat yaratmaq və onu başqaları ilə paylaşmaq olar.
Atlaslar, xərtiələrAnisiya olunmuş tarix
Müxtəiif tarixlərdə xəritənin müxtəlif xüsusiyyətlərini və ya hissələrini seçməklə proqram təminatı vaxt ötdükcə bu hadisələr arasında keçidləri animasiyaya çevriməyi bacarır. Bu istifadəçilərə vaxt ötdükcə müəyyən hadisələrin (müharibə, ticarət və ya sazişlər kimi) coğrafi təsirini dinamik şəkildə illüstrasiya etmək imkanını verir və şagirdə sadəcə ərazi və sahə üzrə yox, vaxt keçidkcə inkişaf edən hadisələr arasında korrelyasiyaları görməyə və başa düşməyə imkan verir.
Animasiya oxuduqca ekranın aşağı hissəsində vaxt şkalasında müvafiq tarix dəqiq göstərilir. Geri oxutma sürətini dəyişmək olar və animasiyanı istənilən vaxt dayandırmaq olar.
Atlaslar, xərtiələrTapşırıqlar
mzoaMap istifadəçilərə xəritələrdə xüsusi tapşırıqları yaratmağa imkan verir. Bu tapşırlqarı yaddaşa vermək, paylaşmaq və asanlıqla mozaBook-a yerləşdirmək olar.
Müəllimin ehtiyaclarına uyğun olaraq döyüş yerləri və digər tarixi və coğrafi orientirlərii boş xəritəyə yükləmək olar. Şagirdlər bu hadisələri müvafiq yazılarla uyğunlaşdırmalıdır. Tapşırıqların yerinə yetirilməsi üçün vaxt limitini də təyin etmək olar. Şagirdlər işləyən zaman xəritə tapşırığın həll olunması üçün istifadə olunan vaxıt göstərir. Şagirdlər işini bitirən zaman mozaMap düzgün cavabların nisbətini göstərir.
Atlaslar, xərtiələr








